RU

Seçmə mərhələ: İslandiya - Azərbaycan oyununda ikinci hissə başlayıb - YENİLƏNİB - CANLI

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində keçirilən İslandiya - Azərbaycan oyununda ikinci hissə başlayıb.

Moderator.az xəbər verir ki, ilk hissədən sonra hesab meydan sahiblərinin xeyrinədir - 1:0.

Yeganə qolu 45+2-ci dəqiqədə Viktor Palsson vurub.

23:35

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində keçirilən İslandiya - Azərbaycan oyununda ilk hissə başa çatıb.

Moderator.az xəbər verir ki, yığmamız fasiləyə 0:1 hesabı ilə məğlub yollanıb. Rəqibin heyətində qolu 45+2-ci dəqiqədə Viktor Palsson vurub.

Qeyd edək ki, qarşılaşmanı niderlandlı FIFA referisi Sander van der Eyk idarə edir.

22:45

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində keçirilən İslandiya - Azərbaycan oyunu başlayıb.

Moderator.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Qarşılaşmanı niderlandlı FIFA referisi Sander van der Eyk idarə edir.

 

Избранный
8
6
moderator.az

3Источники