RU

Rəşid Qezzal karyerasını “Lion”da davam etdirəcək

Təcrübəli futbolçu Rəşid Qezzal karyerasını Fransanın “Lion” klubunda davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, sərbəst agent statusunda olan 33 yaşlı futbolçu Fransa klubu ilə bir illik müqavilə imzalayıb.

Qezzal “Lion”a gəlməzdən əvvəl Türkiyənin “Rizəspor” klubunda çıxış edirdi və komandadan ötən yay ayrılıb. Onun karyerasında həmçinin “Fiorentina”, “Monako”, “Lester” və İstanbulun “Beşiktaş” klubları olub. Qeyd edək ki, Qezzal peşəkar futbola məhz “Lion”un akademiyasında başlayıb.

Həmçinin, sağ cinah yarımmüdafiəçisi 22 dəfə Əlcəzair milli komandasında meydana çıxıb. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 800 min avro qiymətləndirilir.

Cari mövsümdə “Lion” Liqa 1-də ilk üç turdan sonra 9 xalla liderdir və “PSJ” ilə birgə turnir cədvəlində birinci pillədə qərarlaşıb.

Избранный
8
90deqiqe.az

1Источники