RU

Gəncədə yaşlı ər-arvad səhəri dəhşətlə açdı - TƏFƏRRÜATLARVİDEO

Gəncədə şəhərin General Hacıbala Zeynalov küçəsi 31 ünvanında yerləşən ümumi sahəsi 250 m² olan birmərtəbəli, 4 otaqlı evdə səhər saat 5 radələrində anidən yanğın başlayıb. Ev sahibinin sözlərinə görə, yanğına qısaqapanmanın səbəb olduğu güman edilir.

Yanğın, hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürüblər. Hadisə zamanı evdə olan 2 nəfər - 70 yaşlı Əli Məmmədov və onun həyat yoldaşı 68 yaşlı Validə Məmmədova tüstüdən zəhərlənib. Onlar xəstəxanaya çatdırılıblar və orada zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
80
xezerxeber.az

1Источники