RU

Almaniyada məktəb müəllimi bıçaqla yaralanıb

Almaniyanın Essen şəhərində kollecdə bıçaqlı hücum nəticəsində qadın müəllim yaralanıb.

AZƏRTAC "Reuters" agentliyinə istinadla xəbər verir ki, qadın qarnından yaralanıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis əməliyyat aparır. Təhsil müəssisəsinin binası mühasirəyə alınıb.

Almaniyanın "Bild" qəzeti bıçaqlı hücumda şübhəli bilinən şagirdin azadlıqda olduğunu bildirib. Hücum zamanı digər insanların xəsarət alıb-almadığı hələlik məlum deyil.

Избранный
92
2
day.az

3Источники