İsveçrənin Sürix şəhərində FIFA-nın təşkilatçılığı ilə Qadın Futbolu üzrə Avropa üçün Regional Seminarı (FIFA Women's Football Regional Workshop) keçirilib.
Offsideplus.az xəbər verir ki, FIFA-nın qərargahında təşkil olunan tədbirdə UEFA-ya üzv olan bütün milli assosiasiyaların nümayəndələri bir araya gəlib.
Seminarda qadın futbolunun inkişafı sahəsində əməkdaşlıq, bilik mübadiləsi aparılıb və təcrübə paylaşımı olunub. AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva da seminarda iştirak edib.