RU

Rusiyadan Azərbaycana yeni yanaşma - "ehtiyatlı nikbin"....


Vüqar Bayramov: “Overçukun səsləndirdiyi “ehtiyatlı nikbin” fikrinin arxasında nələrin dayandığını zaman göstərəcək, ancaq…”

Məlum olduğu kimi, Vladivostokda 10-cu Şərq İqtisadi Forumu keçirilir. Forumda çıxış edən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanla münasibətlər barədə danışıb. O, çıxışı zamanı qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox yaxşı inkişaf edir, daimi təmaslar saxlanılır:

“Çində keçirilən ŞƏT Sammiti zamanı tərəflər fəal qarşılıqlı fəaliyyət göstəriblər. İki ölkə arasında münasibətlər iqtisadi baxımdan planlaşdırıldığı kimi normal inkişaf edir”.

A. Overçuk, həmçinin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında paraflanmış sazişə “ehtiyatlı nikbin” baxdığını vurğulayaraq, bunu Avrasiya regionunda sülhün möhkəmlənməsinə mühüm töhfə adlandırıb.

A.Overçukun Rusiyanın Azərbaycan ilə Ermənistan arasında paraflanmış sazişə “ehtiyatlı nikbin baxması” fikri nə deməkdir?

“Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılıq Cənubi Qafqaz üçün kifayət qədər vacib bir sənəddir”

Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılıq Cənubi Qafqaz üçün kifayət qədər vacib bir sənəddir. Bu sənəd Cənubi Qafqazın inkişafına, dayanıqlı sülhün formalaşmasına xidmət edir: “Məlum razılıq sənədinə hər bir xarici ölkənin fərqli münasibəti var. Danılmaz faktdır ki, Azərbaycan tərəfi regionda sülhün və əməkdaşlığın qurulmasında maraqlıdır. Amerika Birləşmiş Ştatlarının iştirakı ilə də belə bir razılıq əldə edilib. Ona görə də regionda dayanıqlı sülhə və əməkdaşlığa maraqlı olan ölkələr bu məsələyə nikbin yanaşır. Overçukun səsləndirdiyi “ehtiyatlı nikbin” fikrinin arxasında nələrin dayandığını zaman göstərəcək. Ancaq reallıq ondan ibarətdir ki, Vaşinqtonda əldə edilən razılıq region üçün yeni bir səhifənin açılması deməkdir. Nəzərə almaq lazımdır ki, əməkdaşlıq regionun inkişafı, daha çox sərmayənin cəlb edilməsi baxımından əhəmiyyətlidir. Ümumiyyətlə, bu əməkdaşlıq Cənubi Qafqaz daxil olmaqla geniş anlamda yeni inkişaf deməkdir”.

Günel CƏLİLOVA

Избранный
114
baki-xeber.com

1Источники