RU

Beş il sonra Təbrizə uçan Azərbaycan təyyarəsi BELƏ QARŞILANDI - VİDEO

Azərbaycan Hava Yolları QSC (AZAL) Bakı–Təbriz–Bakı istiqamətində müntəzəm aviareyslərin icrasına start verib.

Bizim.Media xəbər verir ki, dünən həyata keçirilən ilk uçuş çərçivəsində AZAL-a məxsus təyyarə Təbriz Şəhid Mədəni Beynəlxalq Hava Limanına eniş edib.

Təyyarə hava nəqliyyatında mövcud beynəlxalq ənənəyə uyğun olaraq “su tağı” ilə qarşılanıb.

Yeni marşrutun açılması Azərbaycan və İran arasında hava nəqliyyatı əlaqələrinin genişlənməsinə, eləcə də turizm və iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

Bizim.Media

Избранный
36
1
bizim.media

2Источники