RU

“Messi Fransada çox aqressiv ab hava ilə üzləşdi”

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino argentinalı futbolçu Lionel Messinin Paris komandasındakı karyerasına toxunub.

QOL.az xəbər verir ki, bu barədə Argentinalı mütəxəssis "El Cafelito" podkastına açıqlamasında deyib:

“Leo ilə bağlı Fransada çox düşmənçilik dolu bir ab-hava var idi. O, komandaya mövsümöncəsi hazırlıq keçmədən, güclü emosional sarsıntıdan sonra qoşuldu. Bu, asan deyildi. Mənim üçün buna tamaşa etmək ağrılı idi, çünki mühit onun üçün əlverişli deyildi – çox aqressiv idi. Amma etiraf edim ki, komandamda belə bir futbolçuya sahib olmaq xoş idi”.

Qeyd edək ki, Maurisio Poçettino 2021-ci ilin yanvarından 2022-ci ilin iyuluna qədər PSJ-ni çalışdırıb. Lionel Messi isə Paris klubunun heyətində 2021–2023-cü illərdə çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
70
1
qol.az

2Источники