RU

Horadiz-Ağbənd dəmir yolu vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlanılıb

Horadiz-Ağbənd dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlanılıb.

"APA-Economics"in Zəngilan rayonuna ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə olunması departamentinin tikinti meneceri Cavad Əlövsətov jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, tikinti-quraşdırma işləri 3 mərhələdə həyata keçirilir: "Birinci mərhələdə işlərin böyük hissəsi tamamlanıb. Artıq dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir.
Hazırda 2 və 3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğularının tikintisi həyata keçirilir.

Layihənin keçdiyi bu ərazilər sərt dağlıq və qayalıq relyefləri olduğundan qazma işləri bəzən partladılma formasında icra edilir".

Избранный
25
23
apa.az

10Источники