RU

Horadiz-Ağbənd dəmir yolu vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlanılıb

Ağbənd. Trend:

Horadiz-Ağbənd dəmir yolu xətti vasitəsilə Araz İqtisadi ZonasıSənaye Parkına yüklərin daşınmasına başlanılıb.

Trend-in Zəngilan rayonuna ezam olunmuş müxbirininməlumatına görə, Azərbaycan Dəmir Yolları (ADY) Qapalı SəhmdarCəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə olunmasıdepartamentinin tikinti meneceri Cavad Əlövsətov jurnalistlərəaçıqlamasında bildirib.

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisinə 2021-ci ildəbaşlanıldığını xatırladan tikinti meneceri qeyd edib ki, dəmir yoluxəttinin ümumi uzunluğu 110,4 km-dir (yan yollarla birlikdə 140,6km): "Layihə çərçivəsində 9 stansiyanın, 9 körpünün, 26 avtomobilkeçidinin, 3 qalereyanın, 4 tunelin və ümumilikdə 500-dən çoxmühəndis qurğularının tikintisi həyata keçirilir.

Ox üzrə 60 metr enində minatəmizləmə işləri başaçatdırılıb".

Ə. Cavad vurğulayıb ki, tikinti-quraşdırma işləri 3 mərhələdəhəyata keçirilir: "Birinci mərhələdə işlərin böyük hissəsitamamlanıb. Artıq dəmir yolu xətti vasitəsilə Araz İqtisadi ZonasıSənaye Parkına yüklərin daşınması həyata keçirilir.
Hazırda 2 və 3-cü mərhələ üzrə torpaq işləri və mühəndisqurğularının tikintisi həyata keçirilir.

Layihənin keçdiyi bu ərazilər sərt dağlıq və qayalıq relyefləriolduğundan qazma işləri bəzən partladılma formasında icraedilir".

O qeyd edib ki, layihənin ikinci mərhələsi üzrə təbii relyefXudafərin hidroqovşağının maksimal qalxma səviyyəsindən aşağıdayerləşdiyinə görə dəmir yolunun Xudafərin hidroqovşağının suyundanqorunması üçün əlavə körpülər tikilib: "3-cü mərhələ üzrə torpaqişləri və mühəndis qurğuları, o cümlədən 3 ədəd tunelin inşasıdavam edir. Tunellərdən 2-si qapalı, 1-i isə açıq üsulla inşaedilir. Qapalı üsulla inşa edilən tunellərdə qazma işləriyekunlaşdırılıb, dəmir-beton işləri bitmək üzrədir. Açıq üsullainşa edilən tuneldə isə beton-suva işləri sürətlə davametdirilir".

"Horadiz-Ağbənd dəmir yolunun ox üzrə 75,6 km hissəsindərels-şpal çərçivələri quraşdırılıb. Tikinti üzrə ümümi fizikitərəqqi isə 67% təşkil edir", - deyə Ə. Cavad fikriniyekunlaşdırıb.

Horadiz-Ağbənd
Избранный
42
23
az.trend.az

10Источники