RU

Mərkəzi Bank İsmayıllıda növbəti səyyar görüş keçirilib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi çərçivəsində İsmayıllı şəhərində növbəti səyyar görüş keçirilib.

AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş İsmayıllı, Ağsu, Qobustan, Şamaxı inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edib. Görüş zamanı vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri üzrə müvafiq izahatlar verilib, əlavə araşdırma tələb olunan məsələlərlə bağlı ərizələri qeydə alınıb.

Müraciətlərini şifahi şəkildə ünvanlayan vətəndaşlardan araşdırma üçün zəruri məlumatlar əldə olunub.

Избранный
69
4
azerbaijan-news.az

5Источники