RU

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

5 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank of Baku" ASC-nin 40 milyon manatlıq istiqrazlarınının 20 milyon manat olan1-ci tranşının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Marja.az Birjaya istinadən xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 08.09.2025-ci il tarixində başlayıb, 19.09.2025-ci il tarixində bitəcəkdir.

İstiqrazlar üzrə illik gəlirlilik faizi 13%, tədavül müddəti 18 aydır. 

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "Bank of Baku" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2010005364

İstiqrazın növü və forması:  Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu / forması:  Kütləvi / Abunə Yazılışı

İstiqrazların sayı:  200 000 (ədəd)

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  20 000 000 manat

İllik gəlirlilik faizi:  13%

Ödəmə periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 (doxsan) gündən bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) 

Tədavül müddəti:  18 ay

Ticarətə buraxılma tarixi:  23.09.2025

Anderrayter:  "ABB-Invest Investisiya Şirkəti" QSC

Bank of Baku Bakı Fond Birjası Listinq Komitəsi istiqraz buraxılışı 20 milyon manatlıq tranş 40 milyon manatlıq istiqrazlar abunə yazılışı illik gəlirlilik 13% tədavül müddəti 18 ay dövlət qeydiyyat nömrəsi İSİN: AZ2010005364 faizli təmin edilməmiş sənədsiz adlı istiqraz kütləvi abunə yazılışı istiqrazların sayı 200 000 ilkin ticarət qiyməti 100 manat buraxılış həcmi 20 milyon manat ödəniş periodu hər 90 gün ticarətə buraxılma tarixi 23.09.2025 anderrayter ABB-Invest Investisiya Şirkəti
Избранный
185
marja.az

1Источники