Lənkəran-Astara regionu üzrə təhsil işçilərinin sentyabr konfransı
Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
«QHT.az»a verilən məlumat əsasən bildiririk ki, konfransın hesabat xarakterli ilk günündə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri və əməkdaşları, rayon üzrə təhsil sektorlarının və ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbir öncəsi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər ötən tədris ilinin yekunları ilə bağlı hesabat təqdim edib, bölgədə təhsilin inkişafı və qarşıda duran hədəflərdən danışıblar.
Fikir mübadiləsi şəraitində davam edən konfransda ümumilikdə rəqəmsal bacarıqların artırılması, dərsə davamiyyətin yüksəldilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı kimi mövzular müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, konfransın əsas məqsədi ümumi təhsilin inkişaf istiqamətlərini və qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək, eyni zamanda 2025–2026-cı tədris ili üçün fəaliyyət planını formalaşdırmaqdan ibarətdir.