Hurriyyet saytına istinadən ain.az xəbər verir.
Hurriyyet.az xəbər verir ki, Belarus Polşaya etiraz notası təqdim edib. Nota Polşanın Minskdəki müvəqqəti işlər vəkili Kşiştof Ojanna təqdim edilib.
Bu barədə nazirliyin açıqlamasında məlumat verilib.
Məlumatda bildirilir ki, diplomatın XİN-ə çağırılmasının səbəbi Polşa vətəndaşı Qjeqoj Qavel ilə əlaqədardır - Belarus həmini şəxs casusluqda ittiham edir.
Bəyanatda deyilir: "Belarus tərəfi bu cür fəaliyyətin yolverilməz olduğunu bildirib. Bu, mehriban qonşuluq prinsiplərinin kobud şəkildə pozulmasıdır və münasibətləri kobud şəkildə pozur".
Belarus tərəfi Polşanı ölkənin milli təhlükəsizliyinə zərər vuran addımlardan çəkinməyə çağırıb.
Hürr Tərcüman
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.