RU

Qızıl yenə bahalaşacaq? -AÇIQLAMA

Qlobal əmtəə bazarlarında qızıl kəskin bahalaşır. Dünən qızılın bir unsiyasının qiyməti tarixdə ilk dəfə 3600 dolları keçib. ABŞ-nin Federal Ehtiyatlar Sisteminin (FED) müstəqilliyi şübhə altına düşərsə, qızılın qiyməti bir unsiya üçün təxminən 5 000 dollara qədər yüksələ bilər.

Bəs qızılın qiyməti niyə bahalaşır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, qızılın bahalaşması dünya mərkəzi banklarının qızıl alışını artırması ilə birbaşa bağlıdır:

"Son dövrlərdə qızıl bazarında qiymət artımının əsas səbəbi isə Amerika Mərkəzi Bankının (Federal Reserve) sentyabr ayında faiz dərəcələrini aşağı salacağına dair gözləntilərdir. Faiz dərəcəsi aşağı salındıqda dolların məzənnəsi zəifləyir. Qızılın qiyməti isə əsasən dollarla ifadə olunduğu üçün, dollar ucuzlaşdıqca qızılın qiyməti avtomatik olaraq yüksəlir. Xüsusilə qlobal iqtisadi qeyri-müəyyənlik, inflyasiya riskləri və maliyyə bazarlarındakı gərginlik qızılın dəyərini artıran əsas amillərdən biridir. Bu tendensiyanın ilin sonuna qədər davam etməsi ehtimalı yüksəkdir".

Nuriyyə NATİQQIZI

Избранный
83
redaktor.az

1Источники