RU

“Africa CDC”: Meymun çiçəyi epidemiyası fövqəladə vəziyyət yaradıb  

Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (“Africa CDC”) meymun çiçəyi (mpox) xəstəliyinin yayılmasının Afrika qitəsində ictimai səhiyyə üçün fövqəladə vəziyyət yaratdığını elan edib.

Təşkilatın verdiyi açıqlamada qeyd olunduğu kimi, bununla əlaqədar Fövqəladə vəziyyətlər üzrə məsləhət qrupu “Qitə səviyyəsində ictimai sağlamlıq sahəsində fövqəladə vəziyyət” (PHECS) statusunun qüvvədə saxlanmasını tövsiyə edib.

Təxmin edilən həftəlik yoluxma hallarının sayı 52 faiz azalıb, lakin Qana, Liberiya, Keniya, Zambiya və Tanzaniya kimi ölkələrdə hallar artır. Malavi, Efiopiya, Seneqal, Toqo, Qambiya və Mozambikdə də yeni hallar qeydə alınıb.

"Sentyabrın 2-də vəziyyəti nəzərdən keçirmək və fövqəladə vəziyyətin ləğv edilib-edilməməsini qiymətləndirmək üçün bir araya gələn qrup, müddətin uzadılmasının lazım olduğu qənaətinə gəlib. Üzvlər xəbərdarlıq edirlər ki, PHECS-in vaxtından əvvəl ləğvi arxayınçılığa, maliyyələşmənin azalmasına və yeni halların artmasına səbəb ola bilər".

Uşaqlar arasında ölüm hallarının hərtərəfli araşdırılmasının zəruriliyinə, yüksək riskli ölkələrdə 12 yaşadək uşaqların peyvəndlərə əlçatanlığının genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Qrupun hesabatına görə, 2024-cü ilin əvvəlindən Afrikanın 29 ölkəsində meymun çiçəyi xəstəliyi aşkarlanıb, ümumilikdə 185 994 hadisə qeydə alınıb, onlardan 51 969-u laboratoriyada təsdiqlənib. Xəstəlikdən ölənlərin sayı 1987 nəfərə çatıb.

PHECS rejimi ilk dəfə 13 avqust 2024-cü ildə tətbiq edilib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
93
azerbaijan-news.az

1Источники