RU

Azərbaycanın turizm potensialı Vyetnamda təqdim olunur

Bakı, 5 sentyabr, AZƏRTAC

Azərbaycan Turizm Bürosu (ATB) tərəfdaşlarla birgə Vyetnamda Ho Şi Min şəhərində keçirilən 19-cu Beynəlxalq Turizm Sərgisində (ITE HCMC) ölkənin turizm imkanlarını nümayiş etdirir. 

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Experience Azerbaijan” stendinin ziyarətçilərinə ATB nümayəndələri və turizm sahəsi tərəfdaşları tərəfindən ölkə haqqında məlumat verilir və potensial əməkdaşlıq imkanları dəyərləndirilir.

Vyetnama səfər çərçivəsində ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmit sentyabrın 8-də Hanoi Ticarət və Turizm Kollecində Azərbaycanda turizmin inkişafı və səyahət imkanları barədə çıxış edəcək.

Qeyd edək ki, 30-dan çox ölkədən iştirakçının qatıldığı “ITE HCMC” sərgisi Asiyanın aparıcı turizm və səyahət tədbirlərindən biridir və Vyetnam ilə beynəlxalq turizm bazarı arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma rolunu oynayır.

Sentyabrın 6-dək davam edəcək sərgi, yeni istiqamətlərin təqdimatı, səyahət trendlərinin araşdırılması, strateji tərəfdaşlıqların qurulması, brendin Asiya və daha geniş regionda tanıdılması üçün imkanlar təqdim edir.

Избранный
71
7
azertag.az

8Источники