RU

Avropa İttifaqının xarici sərhədlərində gücləndirilmiş nəzarət tətbiq ediləcək

Bakı. Trend:

Avropa İttifaqı oktyabrın 12-dən etibarən vahid sərhəd nəzarətisistemi – Entry/Exit System çərçivəsində xarici sərhədlərənəzarətini gücləndirəcək.

Trend xəbərverir ki, bu barədə “Yle” teleradio kompaniyası məlumat yayıb.

Məlumata görə, Avropa aeroportlarında barmaq izlərinin vəüztanıma görüntülərinin toplanması ilə bağlı genişmiqyaslı layihəyəbaşlanılacaq. Yeni sistem əsasən saxta pasportlardan istifadə edənşəxslərin, eləcə də Avropa İttifaqında müəyyən olunmuş müddətdənartıq qalanların aşkar edilməsinə yönəlib.

Artıq on ildən çoxdur ki, hazırlanan, lakin texniki səbəblərəgörə dəfələrlə təxirə salınan Avropanın yeni sərhəd nəzarətisisteminin tətbiq tarixi artıq rəsmən açıqlanıb. Sistem 2025-ci iloktyabrın 12-də işə salınacaq.

Yeni qaydalara əsasən, Şengen zonası sərhədini ilk dəfə keçənüçüncü ölkə vətəndaşlarının barmaq izləri, üz görüntüləri və digərməlumatları ümum-Avropa reyestrində saxlanılacaq. Növbətisəfərlərdə həmin şəxslər sərhədi avtomatlaşdırılmış nəzarətməntəqələri vasitəsilə, pasport nəzarətçisi ilə ünsiyyət qurmadankeçə biləcəklər. Pasportlara möhür vurulması isə tamamilə ləğvediləcək.

Yeni sistemin tətbiqi üçün altıaylıq keçid dövrü nəzərdətutulub. Bu müddət ərzində mövcud sərhəd nəzarəti paralel şəkildədavam etdiriləcək. İlk mərhələdə ildə 200–300 milyon keçidi emaledə bilən sistem Avropa İttifaqının bir neçə sərhəd-keçidməntəqəsində sınaqdan keçiriləcək.

Reyestrdə toplanan məlumatlara miqrasiya orqanları, polis,təhlükəsizlik və kəşfiyyat xidmətləri, həmçinin Finlandiya MüdafiəQüvvələri giriş imkanı əldə edəcək.

Yeni sistemin tətbiqi Avropa İttifaqının daxilitəhlükəsizliyinin gücləndirilməsi və qeyri-qanuni miqrasiyanınqarşısının alınması məqsədi daşıyır.

Избранный
71
az.trend.az

1Источники