RU

Rusiyanın qonşularına xəbərdarlıq etdi: Hazır olun

BAKI, 5 sentyabr. TELEQRAF

“Rusiya ilə həmsərhəd olan Avropa ölkələri ABŞ-nin bölgədəki hərbi mövcudluğunu azalda biləcəyi ssenariyə hazırlaşmalıdırlar”.

Teleqraf xəbər verir ki, bunu Estoniya Prezidenti Alar Karis deyib.

“Amerika qoşunlarının Estoniyada və ümumilikdə Avropada olması son dərəcə vacibdir . Bu, təkcə Avropa üçün deyil, həm də ABŞ-nin özü üçün önəmlidir”, - prezident vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp region ölkələrindəki hərbi kontingentin saxlanması ilə bağlı onları arxayınlaşdırsa da, Estoniya lideri hesab edir ki, Vaşinqtonun bundan sonrakı addımlarını proqnozlaşdırmaq çətindir.

“Biz istənilən ssenariyə hazır olmalıyıq. Bu o deməkdir ki, öz müdafiə qabiliyyətimizi gücləndirmək lazımdır”, - Karis əlavə edib.

Избранный
88
teleqraf.com

1Источники