RU

Bu il ölkədə neçə etik normalara zidd reklamın yayımı dayandırılıb? – AÇIQLAMA

Bakı. Trend:

Cari il ərzində Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA)həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində etik normalarazidd 15 sayda reklamın yayımı dayandırılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq ADRA-dan məlumatverilib.

Bildirilib ki, həmin reklamları yerləşdirilən yayıcılarlaqanunvericilik aktlarının tələbləri barədə maarifləndiricisöhbətlər aparılıb.

Məlumatda vurğulanıb ki, açıq məkanda reklam yerləşdirməzdənəvvəl ADRA-dan icazə alınmalıdır. Reklam yayımı üçün təqdim olunaneskizlər qanunvericiliyin tələblərinə uyğun olmadıqda həminreklamların yerləşdirilməsinə icazə verilmir.

“Reklam haqqında” Qanunun 4-cü maddəsinə əsasən, reklam dövlətəleyhinə yönələn açıq çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa,zorakılığa, təcavüzə, milli mənəvi dəyərlərə, insanların həyat vəsağlamlığına, şərəf və ləyaqətinə, dini və siyasi əqidəsinə,ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərətəhrik etməməlidir. Reklamda Azərbaycan Respublikasının dövlətrəmzlərinin və atributlarının təhrifinə, etik normalara ziddhallara yol verilməməlidir.

Qeyd olunan tələblərə əməl edilməməsi “Reklam haqqında” Qanununpozulması deməkdir və bu zaman Agentlik tərəfindən müvafiqreklamların yayımının dayandırılması istiqamətində “Açıq məkandareklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətinhəyata keçirilməsi Qaydası”nın müddəaları çərçivəsində zəruritədbirlər görülür, eləcə də reklam yayıcıları İnzibati XətalarMəcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən “Reklam haqqında”Qanunun və digər qanunvericilik aktlarının tələblərinə cavabverməyən reklamın açıq məkanda yerləşdirilməsinə görə300 manatdan 10 min manatadəkinzibati cərimə nəzərdə tutulur.

Qeyd edilib ki, Agentlik tərəfindən açıq məkanda yerləşdirilənreklamların etik normalara və milli mənəvi dəyərlərə uyğunluğununyoxlanılması istiqamətində mütəmadi monitorinqlər həyatakeçirilir.

Избранный
79
5
az.trend.az

6Источники