ABŞ prezidenti Donald Tramp ordunun daha sərt imicini formalaşdırmaq məqsədilə Müdafiə Nazirliyinin (Pentaqon) adının “Müharibə Departamenti” olaraq dəyişdirilməsi barədə sərəncam imzalamağı planlaşdırır.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Ağ Evin yüksək rütbəli rəsmisi ABŞ mətbuatına açıqlama verib. Onun sözlərinə görə, Tramp bu istiqamətdə yaxın günlərdə iclas keçirəcək.
Qanunvericiliyə əsasən, prezident Konqresin təsdiqi olmadan Nazirliyin adını dəyişə bilməz. Buna görə də Trampın sərəncamı ilə yalnız prosesin başlanacağı, Pentaqonun isə müvafiq hazırlıqlar görəcəyi gözlənilir.
Qeyd edək ki, “Müharibə Departamenti” ABŞ Konstitusiyasının qüvvəyə mindiyi 1789-cu ildə yaradılıb. 1947-ci ildə qəbul edilən qanunla qurumun adı dəyişdirilərək Müdafiə Nazirliyi adlandırılıb.