RU

Azərbaycan–NATO əməkdaşlığının perspektivləri

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Alyansın Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone ilə görüşüb.

NATO-nun mənzil-qərargahında keçirilən görüşdə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qarşı tərəf Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu bir daha vurğulayıb, ölkəmizin Alyansın rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına töhfəsini, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu yüksək qiymətləndirib.

XQ

 

Избранный
18
9
xalqqazeti.az

10Источники