RU

XRİTDX: “Sandbox” mühafizə sistemi vasitəsilə 61,482 zərərverici tərkibli elektron sənəd blok edilib

2025-ci ilin I yarımilində “AzStateNet” şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlıqları vasitəsilə 262,920,000 (64% azalıb) zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 12,366,400 (5 dəfə artın) və “Sandbox” mühafizə sistemi vasitəsilə isə 61,482 (63% azalıb) zərərverici tərkibli elektron sənəd blok edilərək son istifadəçilərin yoluxmasının qarşısı alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlər Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Dövlət Qurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin 6-cı Zirvə Toplantısında deyib.

O qeyd edib ki, yarım il ərzində qarşısı alınmış DDOS hücumların ümumi həcmi 300Tbps olub, həcmi 1 Gbps-dən az olan DDOS hücumların sayı isə 18 olub.

Tural Məmmədo əlavə edib ki, DDOS hücumun vaş vermədiyi gün demək olar ki, mövcud deyil.

Избранный
86
teleqraf.com

1Источники