RU

XRİTDX: Dövlət informasiya ehtiyatlarında əsas problemlərdən biri məlumat sızmasıdır

İnformasiya təhlükəsizliyi milli təhlükəsizlik, iqtisadi sabitlik və cəmiyyətin etimad məsələsidir.

APA-Economics” xəbər verir ki, bunu Dövlət Qurumlarının İT rəhbərlərinin VI Zirvə Toplantısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov deyib.

O, rəqəmsallaşma dərinləşdikcə risklərin də artdığını qeyd edib:

“Statistik göstəricilər göstərir ki, son beş ildə dünyada kiberhücumların sayı üç dəfədən çox artıb. Qlobal statistikalara diqqət etsək, görərik ki, 2024-cü ilin yalnız ilk yarısında dövlət qurumlarına yönəlmiş hücumların 40%-dən çoxu kritik infrastruktur sistemlərinə qarşı olub. Bu tendensiya göstərir ki, hər bir zəiflik strateji riskə çevrilə bilər".

O bildirib ki, ölkəmiz də bu qlobal proseslərin təsirindən kənarda deyil: "Biz dövlət informasiya ehtiyatlarında təhlükəsizlik insidentlərinin səbəblərini təhlil edirkən görürük ki, əsas problemlərdən biri hələ də məlumatların sızmasıdır. Bu, yalnız texniki boşluqlardan deyil, həm də idarəetmə proseslərindəki zəifliklərdən qaynaqlanır. Təhlükəsizlik mədəniyyətinin hər bir dövlət qurumunda formalaşması, mütəmadi risk qiymətləndirmələrinin aparılması bu baxımdan həyati əhəmiyyət daşıyır".

Избранный
57
3
apa.az

3Источники