ABŞ Rusiya ilə qonşu olan ölkələr üçün bəzi xarici müdafiə yardım proqramlarını ləğv etməyə hazırlaşır.
Editor.az bu barədə Financial Times-a istinadla yazır.
“Pentaqon rəsmiləri keçən həftə avropalı diplomatlara ABŞ-ın Şərqi Avropa ölkələrində qoşunların hazırlanması və silahlandırılması proqramlarını artıq maliyyələşdirməyəcəyi barədə məlumat veriblər”,-deyə məlumatda bildirilib.
Nəşr bunun dəstəyin yüz milyonlarla dollar azalmasına səbəb ola biləcəyini iddia edir.
Qeyd olunub ki, Avropa Birliyi ölkələri Vaşinqtonun qərarından “təəccüblənirlər” və hazırda detalları yekunlaşdırmağa çalışırlar.
//Gülnarə Abasova, Editor.az