RU

Venesuela narkotik tranzitini tamamilə bağlayacaq - Maduro

Bakı. Trend:

Venesuela Prezidenti Nikolas Maduro ölkə ərazisində kokaplantasiyalarının və narkotik laboratoriyalarının olmadığını, yaxıngələcəkdə isə narkotik tranzitinin tamamilə dayandırılacağınıaçıqlayıb.

Trend xəbər verirki, dövlət başçısı bu barədə "Venezolana de Televisión"telekanalının efirində bildirib.

“BMT-nin və bir sıra ölkələrin ekspert yoxlamasından keçənhesabatlarına görə, Venesuela ərazisi koka plantasiyalarından vəkokain laboratoriyalarından azaddır. Biz tezliklə narkotiklərintranzitini tamamilə bağlayacağıq”, – Maduro vurğulayıb.

Onun sözlərinə görə, hazırda Cənubi Amerikadan gələn kokainin 87faizi Kolumbiya, Ekvador və Perudan Sakit okean istiqamətində, 8faizi Kolumbiyanın La Quajira departamentinin Karib sahilləri ilə,cəmi 5 faizi isə Venesuela üzərindən daşınmağa cəhd edilib. Bumarşrut üzrə narkotiklərin 70 faizi ələ keçirilib.

Maduro həmçinin bildirib ki, son illərdə narkotik ticarəti üçünistifadə edilən 402 təyyarə zərərsizləşdirilib və yaxın vaxtlardaölkənin üzərindən tranzitin tamamilə qarşısı alınacaq.

Избранный
39
1
az.trend.az

2Источники