RU

Tıxacların azaldılması məqsədilə dövlət yeni bir proqram hazırlayıb

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Bakıdakı tıxaclar artıq xroniki bir problemə çevrilib. Bu tıxacların azaldılması məqsədilə dövlət yeni bir proqram hazırlayıb". Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.O, bildirib ki, söhbət 2025–2030-cu illəri əhatə edən, Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair yol xəritəsindən gedir:"Proqramın əsas məqsədlərindən biri də tıxacların azaldılmasıdır. Bu istiqamətdə xeyli işlər görülməlidir və onların bir hissəsinə artıq başlanılıb. İctimai nəqliyyatın yaxşılaşdırılması, yolların genişləndirilməsi, şəhərsalma və tikinti sahəsində nizam-intizamın yaradılması ilə bağlı tədbirlər planı mövcuddur və bu plana əsasən işlər davam etdirilir".Ekspert bildirib ki, vacib məqamlardan biri də odur ki, cəmiyyət bu proqram barədə məlumatlı olsun:"Çünki onun effektiv həyata keçirilməsi üçün yalnız dövlət qurumlarının deyil, həm də hamımızın dəstəyi və iştirakı lazımdır".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
58
1
demokrat.az

2Источники