RU

Cəzalı oyunçu ilə meydana çıxdılar, ağır cəzadan dürüstlüklə qurtuldular

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

İngiltərə Kubokunda maraqlı hadisə yaşanıb.

Fanat.Az xəbər verir ki, “Qrimsbi Taun” komandası “Mançester Yunayted”lə qarşılaşmada cəzalı futbolçusunu meydana buraxıb.

Klub bu səhvi oyundan sonra fərq edib və dərhal İngiltərə Futbol Federasiyasına (FA) məlumat verib.

Federasiya hadisəni araşdırıb və klubun özünü şikayət etməsi nəzərə alınıb. Nəticədə klub turnirdən kənarlaşdırılmaq əvəzinə pul cəzası ilə cəzalandırılıb.

Beləliklə, klubun dürüst davranışı ona daha ağır sanksiyalardan qurtulmağa imkan verib.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
109
fanat.az

1Источники