RU

İtaliya millisində ciddi itki: Canluka Skamakka heyətdən çıxarıldı

"Atalanta"nın mərkəz hücumçusu Canluka Skamakka yenidən zədələnib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, futbolçu zədə səbəbindən İtaliya millisini tərk edib.

Qeyd edək ki, Skamakka zədə səbəbindən 2024/25 mövsümündə "Atalanta"nın 50 matçını buraxıb.

İtaliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Estoniya ilə, sentyabrın 8-də isə İsraillə qarşılaşacaq.

"Cebheinfo.az" 

Избранный
59
2
cebheinfo.az

8Источники