RU

Əfqanıstanda güclü zəlzələ nəticəsində ölənlərin sayı 2000-i keçib

Əfqanıstanda baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Ölkə.az “Al Arabia” telekanalına istinadla xəbər verir ki, bu barədə hökumətin mətbuat katibinin müavini Həmdullah Fitrata məlumat verib.

Bildirilir ki, zəlzələ 2200-dən çox insanın həyatına son qoyub.

Xatırladaq ki, sentyabrın 1-də Əfqanıstanda 6,0 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət Pakistanla sərhədə yaxın Cəlalabad şəhərindən təxminən 20 km məsafədə 6 maqnitudada baş verib. Zəlzələ ocağı təxminən 8 km dərinlikdə yerləşib.

Həmidə İbrahimova

Избранный
91
50
olke.az

10Источники