Sabah Azərbaycan millisi DÇ-2026 seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxır.
İdmanxeber.az-ın məlumatına görə, yığmamız səfərdə İslandiya komandası ilə üz-üzə gələcək. Görüş bir neçə kanaldan canlı yayımlanacaq.
Azarkeşlər matçı “CBC Sport”la yanaşı, Türkiyənin “S Sport +”, EXXEN və İslandiyanın “SYN Sport” telekanalları vasitəsilə izləyə bilərlər.
Xatırladaq ki, görüş sabah saat 23:45-də start götürəcək.