RU

Xüsusi nümayəndə: Aİ Azərbaycan və Ermənistana dəstəyini davam etdirəcək

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistana səfəri çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verib.
APA xəbər verir ki, o bu barədə özünün “X” hesabında məlumat verib.
O, Azərbaycan-Ermənistan sülh prosesi, gələcəkdə mümkün sərhəd əməkdaşlığı və regionu sülhün faydaları üçün daha açıq bir vəziyyətə gətirmək barədə Ermənistan rəsmiləri ilə fikir mübadiləsi aparıb.
Eləcə də, Vaşinqtonda iki ölkə arasında əldə olunan razılaşmalardan sonra sülh prosesinin gedişatı müzakirə olunub.
"Aİ yaxın tərəfdaş kimi, tam hüquqlu sülhə doğru konkret addımların və tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan və Ermənistanaa dəstəyini davam etdirəcək", - o qeyd edib.
Избранный
141
4
sherg.az

6Источники