RU

Medvedev Britaniya aktivlərini müsadirə etməklə hədələdi

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Böyük Britaniyanın Rusiyadakı aktivlərinin müsadirə oluna biləcəyini bəyan edib.

Editor.az xəbər verir ki,Sky News xəbər verir ki, o, bu addımın Ukraynaya dəstəyə cavab olaraq atıla biləcəyini bildirib.

Sentyabrın 3-də Böyük Britaniyanın müdafiə naziri Con Hili açıqlayıb ki, London Ukraynaya hərbi yardım üçün 1 milyard funt sterlinqdən çox vəsait ayırıb. Nazir qeyd edib ki, bu vəsait dondurulmuş Rusiya aktivlərindən qarşılanıb.

Medvedev isə özünün Telegram kanalında yazıb ki, Rusiya “təcavüzkar ölkə” kimi qiymətləndirdiyi Britaniyaya qarşı cavab tədbirləri görə bilər və bunlara aktivlərin müsadirəsi də daxildir.

//Samir Qurbanov, Editor.az

Избранный
111
editor.az

1Источники