Olaylar.az xəbər verir ki, Amerika lideri yerli radioya müsahibəsində Maskın Respublikaçılar Partiyasına qayıtma ehtimalı ilə bağlı suala cavabında deyib:
"Düşünürəm ki, onun başqa seçimi yoxdur. O, sağlam düşüncəli, yaxşı insandır. O, qəsdən səhv etdi".
Tramp etiraf edib ki, həmişə Maskdan xoşu gəlib:
"O, yaxşı insandır, onun 80%-i super dahidir, 20%-i isə problemlidir".
Qeyd edək ki, Mask hökumət xidmətini tərk etdikdən sonra Trampla qarşıdurmada olub. İş adamı bildirib ki, onun dəstəyi olmasaydı, ABŞ administrasiyasının rəhbəri 2024-cü ilin noyabrında keçirilən seçkilərdə qalib gələ bilməzdi.
Tramp isə Maskı dəli adlandırmışdı. /axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31