RU

Husilərə qarşı Tövratdakı 10 bəlanı tətbiq edəcəyik - İsrail Kats

BAKI, TurkicWorld, Nailə Babazadə

İsrailin müdafiə naziri İsrail Kats Yəməndəki husilərə qarşı sərt bəyanatla çıxış edib. O, husilərin İsrailə qarşı raket hücumlarını intensivləşdirməsindən sonra onları Tövratda qeyd olunan “Misir bəlaları” nı yaşadacaqlarını qeyd edib.

TurkicWorld xəbər verir ki, “Husilər İsrailə yenidən raket atır. Qaranlıq bəlası, ilk doğulanların bəlası — biz bütün 10 bəlanı tamamlayacağıq.”- Kats “X” sosial şəbəkəsində yazıb.

Nazirin işarə etdiyi 10 bəla, Tövratın “Çıxış” kitabında təsvir olunan və İsrail oğullarının azad olunması üçün Misir fironuna göndərilən fəlakətləri əhatə edir.

Tövrata görə Allah İsrail oğullarını əsirlikdən azad etmək üçün fironun inadkarlığına cavab olaraq Misirə 10 bəla göndərmişdi. Onlar belə sıralanır:

1. Nil çayının qana çevrilməsi – balıqlar öldü, su içilməz hala gəldi.

2. Qurbağaların çoxalması – bütün Misir torpağına yayılıb evləri, həyatı iflic etdi.

3. Ağcaqanadların (bitlərin) basqını – torpaqdan çıxaraq insan və heyvanların üzərinə yayıldı.

4. Ataların (milçək sürülərinin) istilası – bütün ölkəni bürüdü.

5. Heyvanların kütləvi ölümü – atlar, inəklər, qoyunlar və digər mal-qara qırıldı.

6. İrinli yaralar və çıbanlar – insanlar və heyvanlar xəstəlikdən əziyyət çəkdi.

7. Dolu və ildırım fırtınası – ekinləri, ağacları və mal-qaranı məhv etdi.

8. Çəyirtkələrin hücumu – bütün məhsulu yeyərək ölkəni aclığa sürüklədi.

9. Qaranlıq bəlası – üç gün boyunca bütün Misiri qatı zülmət bürüdü.

10.Birinci övladların ölümü – Misirdə ilk doğulan bütün oğlan uşaqları və heyvanların ilk balaları öldü; yalnız qapılarına qurban qanı sürtülən İsrail oğullarının evləri xilas oldu.

Bu bəlalar fironu İsrail oğullarını azad etməyə məcbur etdi və Musa onları Misirdən çıxardı

Избранный
21
turkic.world

1Источники