RU

İsmayıllıda “avtoş”luq edən sürücü vəsiqəsiz qaldı + həbs olundu FOTO

ain.az bildirir, Avtosfer portalına istinadən.

İsmayıllı rayonunda avtoxuliqanlıq edən sürücü müəyyən olunub.

Avtosfer.az-ın məlumatına görə, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtoxuliqanlıq edən sürücü - Rövşən Cəbrayılov saxlanılıb. O, idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və bu vaxt digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.  

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Cəbrayılovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün inzibati həbs edilib.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
5
avtosfer.az

7Источники