RU

İctimai Birliyin sabiq sədri hakim qarşısına çıxarılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Gənclik" Könüllü Tələbə İdman Cəmiyyəti İctimai Birliyinin sabiq sədri Tofiq Xanəliyevin cinayət işi üzrə ilk məhkəmə hazırlıq iclası başlayıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Müşavirədən sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Məhkəmə baxışı sentyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, Tofiq Xanəliyev əsas məqsədi tələbə, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafına dəstək vermək olan cəmiyyətinə ayrılmış 70 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. İttihama görə o, idman tədbirləri və yarışlar üçün ayrılmış vəsaiti şəxsi mənafeyinə xərcləməkdə təqsirləndirilir.
T.Xanəliyev Baş Prokuror yanında Korrupsiyaya qarı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işində dəymiş ziyandan 40 min manatı ibtidai istintaq zamanı ödənilib.
Sabiq sədr barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Elgün Həsənli
Избранный
192
7
oxu.az

8Источники