RU

Sabiq prezident televiziyada işə başladı: Teleaparıcı kimi…

Polşanın keçmiş prezidenti Andrzej Duda yeni bir rolda – populyar YouTube kanalında proqramın aparıcısı və müəllifi olaraq fəaliyyətə başlayacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə jurnalist Krzysztof Stanowski 3 sentyabrda sosial şəbəkədə məlumat verib.

Stanowskinin sözlərinə görə, Duda 16 hissədən ibarət proqram hazırlayacaq və proqramlar aktual mövzulara həsr olunacaq. Hər bir verilişdə müsahibələr, video reportajlar, xatirələr və şəxsi fikirlər yer alacaq. Proqramın premyerası 15 sentyabrda olacaq.

Daha əvvəl Andrzej Duda iki dəfə Kanał Zero kanalında efirə çıxıb. Sonuncu dəfə o, üç ay əvvəl, Karol Navroçkinin prezidentliyə namizədliyini şərh edərkən kanalın efirində iştirak etmişdi.

Избранный
128
veteninfo.az

1Источники