RU

"Google" və "YouTube" eyni vaxtda çökdü

Bu gün səhər saatlarından etibarən dünyanın ən çox istifadə olunan platformaları “Google” və “YouTube”-a girişdə problemlər yaşanır.

Publika.az xəbər verir ki, istifadəçilər axtarış nəticələrinin gec yükləndiyini, “YouTube” videolarının isə açılmadığını qeyd ediblər.

Mütəxəssislər bildirir ki, problemlərin infrastruktur nasazlığı, kiberhücum, sistem yeniləməsi zamanı yaranan texniki səhv kimi əsas 3 səbəbi ola bilər.

Qeyd edək ki, haləlik platformalardan məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Избранный
127
publika.az

1Источники