Gecə saatlarında paytaxtın Xətai rayonu Məhəmməd Hadi 63 ünvanında yerləşən “Relax” restoranında dava-dalaş olub.
News24.az -ın əldə etdiyi məlumata görə, restoranda yeyib içən şəxs oranın sahibi B.Nurməmmədovla mübahisə edib. Mübahisə dava-dalaşa çevrilib. Sərxoş şəxs iş adamını söyərək təhqir edib, ucadan qışqıraraq ictimai asayişi pozub.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Sərxoş şəxs saxlanılaraq polis şöbəsinə aparılıb. Onun Naxçıvan MR Culfa rayonu Yaycı kənd sakini olan 1980-ci il təvəllüdlü S.Məmmədov olması müəyyənləşib.
Məhkəmənin qərarı ilə həmin şəxs 5 sutkalıq həbs edilib.
Yaşar Araz