RU

Beynəlxalq Film Fondu layihələrin qəbulunu elan edib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 sentyabr, AZƏRTAC

“Fondazione Prada” Film Fondu ölkə, mövzu, janr və ya dil baxımından məhdudiyyət olmadan film layihələrinin seçimini açıq elan edib.

AZƏRTAC xəbər verir ki, layihələr həm inkişaf və istehsal, həm də post-prodakşn mərhələsində təqdim oluna bilər.

Yekun seçim yalnız keyfiyyət, orijinallıq, baxış bucağı, eləcə də istehsalçı şirkət strukturunun gücü və etibarlılığı kimi meyarlara əsaslanacaq.

Qəbul üçün müraciət oktyabrın 17-dək davam edəcək.

“Fondazione Prada” Film Fondunun ilk buraxılışı üçün seçilən layihələrin adları 2026-cı il yanvar-fevral ayları arasında açıqlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
73
3
azertag.az

4Источники