RU

Unibank beynəlxalq proqramlaşdırma yarışına dəstək verir

Bakı. Trend:

Unibank Azərbaycanın rəqəmsal gələcəyinə yönəlmiş təşəbbüslərindaimi dəstəkçisidir. Bank bu dəfə dünyanın ən nüfuzlu intellektualyarışlarından birinə – Bakıda keçirilən 49-cu BeynəlxalqProqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalına tərəfdaşlıqedir.

31 avqust – 5 sentyabr tarixlərində keçirilən tədbirə dünyanın70 ölkəsindən 140 komanda qatılıb. Gənc proqramçılar yarış boyualqoritmik düşüncə, problem həll etmə və komanda bacarıqlarınınümayiş etdirirlər. Azərbaycan bu finalda ADA Universiteti və BakıAli Neft Məktəbi komandaları ilə təmsil olunur.

Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri hesabolunan müsabiqənin finalı “ICPC Foundation” təşkilatçılığı və ADAUniversitetinin ev sahibliyi, Azərbaycan Respublikasının MərkəziBankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə“ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, PAŞA Holding-indəstəyi ilə keçirilir. Unibank Azərbaycan Banklar Assosiasiyasıçərçivəsində tədbirin tərəfdaşları sırasında yer alır.

Bankın bu əməkdaşlığı yalnız böyük bir beynəlxalq tədbirə dəstəkdeyil. Unibank üçün bu, həm də ölkədə rəqəmsal mühitinmöhkəmləndirilməsi, gənclərin IT sahəsində bilik və bacarıqlarınınartırılmasına verilən töhfədir.

Избранный
56
9
az.trend.az

10Источники