"Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üzbəüz danışıqların hələlik alınmamasına baxmayaraq, iki ölkə də sülh sazişinin əldə edilməsinə sadiq qalmaqdadır".
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, hər iki liderin danışıqlardakı fikirlərini diqqətlə izləyir:
“Mən bunu izləyirəm, görürəm və bu barədə Putin və Zelenski ilə danışmışam”, - deyə Tramp müsahibəsində bildirib.
ABŞ lideri əlavə edib ki, bir şey olacaq, amma hələ hazır deyillər. Amma nəsə olacaq. Biz bunu həyata keçirəcəyik.
Nurlana ƏhmədovaMissiya.Az