RU

Gəmi təmiri zavodunda quraşdırılmış günəş panelləri vasitəsilə istehsal olunan enerjinin həcmi açıqlanıb (FOTO)

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Bibiheybət” GəmiTəmiri Zavodunda ötən ilin oktyabrında quraşdırılmış günəşpanelləri vasitəsilə indiyədək 112 082 kilovat-saat (kVts) enerjihasil olunub.

Şirkətdən Trend-ə verilən məlumata görə, bəzi günlərdə enerjihasilatı 700–800 kVts səviyyəsinə yaxınlaşıb.

Hesablamalara əsasən, ötən müddətdə təxminən 80 tona yaxınkarbon qazı (CO₂) emissiyasının qarşısı alınıb. Bu, ekolojibaxımdan təxminən 6100 ağacın qorunmasına bərabər fayda deməkdir.Həmçinin 43.9 ton daş kömürə qənaət olunub ki, bu da enerjihasilatında fosil (qalıq) yanacaqlardan istifadənin azalmasınıgöstərir.

Qeyd edilib ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunun 512kvadratmetr ərazisində hər biri 690 Vt gücündə olan 162 ədəd günəşpaneli quraşdırılıb.

Onu da əlavə edək ki, günəş panellərinin fasiləsiz və effektivişləməsini təmin etmək məqsədilə sistemə texniki baxış keçirilib.Bu çərçivədə "DAM Enerji" MMC tərəfindən panellərin, inverterlərinvə digər avadanlıqların ümumi sazlığı yoxlanılıb,həmçininpanellərin təmizlənməsi və yuyulması işləri yerinə yetirilib.

Gəmi
Gəmi
Gəmi
Избранный
56
2
az.trend.az

5Источники