RU

Bacısını həbsdən qurtarmaq istəyən qadının 80 min manatını ələ keçiriblər

İşlədiyi şirkətin yarım milyondan çox pulunu mənimsəyən Tamilla Əliyevanın bacısı onu həbsdən azad etdirmək istəyərkən öz pullarını da itirib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Yeganə Mirmövsümova mühasib işləyən bacısının azadlığa çıxması üçün əvvəllər məhkum edilmiş Mirqərib Qasımova külli miqdarda pul verib.

Üstündən bir müddət keçəndən sonra Tamilla Əliyevaya 10 il 6 ay həbs cəzası verilib. Sonradan apellyasiya instansiyası da hökmü təsdiqləyib.

İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə baxılıb. Zərərçəkmiş şəxs məhkəmədə də polisə verdiyi ifadəni təsdiq edib. Onun sözlərinə görə, həmin pulu toplamaq üçün iki evini satıb. Hazırda isə 80 minin cəmi 30 mini ona qaytarılıb. Qalan hissə ödənilmədiyi üçün hələ də şikayətçidir.

Hökmə əsasən, Mirqərib Qasımova ziyanın bir hissəsini ödəməsi nəzərə alınaraq 6 il həbs cəzası verilib.

Избранный
98
mia.az

1Источники