RU

Paşinyan Yaponiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Yaponiyaya işgüzar səfər edib.

Missiya.Az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Bildirilib ki, Ermənistan və Yaponiya Baş nazirləri Nikol Paşinyan və Şiqeru İşiba arasında görüş planlaşdırılır.

Sentyabrın 5-də isə Ermənistanın Baş naziri Osakada “Expo 2025” sərgisi çərçivəsində keçiriləcək Ermənistanın Milli Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.

Nurlana ƏhmədovaMissiya.Az

Избранный
39
4
missiya.az

10Источники