RU

İsrail: HƏMAS-ın razılığı təbliğat manevridir...

Təl-Əviv HƏMAS-ın əsirləri azad etmə bəyanatını şübhə ilə qarşılayıb...

Poliqon xəbər verir ki, İsrail baş nazirinin ofisi müşaviri Dmitri Hendelman HƏMAS-ın bütün israilli əsirləri azad etməyə hazır olduqları barədə açıqlamasını “növbəti təbliğat manevri” adlandırıb.

Xatırladaq ki, bundan öncə HƏMAS nümayəndələri bütün israilli əsirlərin azad olunmasına dair razılaşmaya hazır olduqlarını, lakin bunun qarşılığında fələstinli məhbusların buraxılmasını tələb etdiklərini bildirmişdilər.

“Əfsuslar olsun ki, bu, HƏMAS tərəfindən atılan, amma heç bir yenilik gətirməyən növbəti təbliğat addımıdır. Müharibə dərhal dayandırıla bilər, lakin yalnız hökumətin təsdiqlədiyi şərtlər əsasında”, – Hendelman özünün “Telegram” kanalında yazıb.

İsrail hökumətinin döyüşlərin dayandırılması üçün irəli sürdüyü əsas şərtlər bunlardır:

Bütün əsirlərin azad edilməsi;
HƏMAS-ın tam şəkildə silahsızlaşdırılması;
Qəzza sektorunun demilitarizasiyası;
Sektor üzərində İsrailin təhlükəsizlik nəzarətinin təmin olunması;
İsrail üçün təhlükə yaratmayacaq alternativ mülki idarəetmənin formalaşdırılması.

Hazırda HƏMAS-ın əlində 20 nəfər israilli əsirin olduğu bildirilir. Eyni zamanda İsrail Ordusu (CAXAL) “Gideonun Arabaları” əməliyyatının yeni mərhələsinə hazırlaşır. Bu mərhələdə məqsəd Qəzzanın paytaxtının tam şəkildə nəzarətə götürülməsidir.

Poliqon.info

Избранный
49
35
poliqon.info

10Источники