BAKI, 4 sentyabr. TELEQRAF
Pekində keçirilmiş hərbi parad ABŞ və Tayvana xəbərdarlıqdır.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” qəzeti yazıb.
"Çin lideri (Si Cinpin - red.) özünü ABŞ-nin heç bir rol oynamadığı dünya nizamının lideri kimi təqdim edir. Vladimir Putin vəKim Çen Inın iştirakı ilə o, xüsusi siqnal göndərmiş oldu", - materialda deyilir.
Qəzet qeyd edir ki, hərbi paradda hipersəs silahlarının, pilotsuz uçuş aparatlarının və xüsusi təyyarələrin nümayişi ABŞ-nin Tayvan məsələsinə müdaxilə etməməli olduğuna dair xəbərdarlıqdır.