RU

Çex tennisçi "US Open-2025"dən çəkilib

2023-cü il Uimbldon qalibi və dünya reytinqində 60-cı sırada qərarlaşan çex tennisçisi Marketa Vondrouşova 2025-ci il ABŞ Açıq turnirinin 1/4 finalından zədə səbəbindən çəkildiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Vondrouşova bu barədə sosial şəbəkə hesabında yazıb:

“Ürəyim parçalanır ki, son oyunumda aldığım zədə səbəbindən US Open kortuna çıxa bilmədim! Bu məkan mənim üçün çox xüsusi idi. Dəqiq bir il əvvəl əməliyyatda idim və geri dönə biləcəyimi bilmir, yarışlardan və möhtəşəm oyunlardan zövq ala biləcəyimi bilmirəm. Dəstəyiniz üçün təşəkkür edirəm”.

Qeyd edək ki, 1/8 finalda zədələnən Vondrouşova 1/4 finalda üç dəfə Böyük Dəbilqə turnir qalibi və dünya reytinqinin lideri olan belaruslu Arina Sobolenkoya qarşı mübarizə aparmalı idi.

Избранный
25
90deqiqe.az

1Источники