RU

"ChatGPT"də valideyn nəzarəti sistemi işə salınacaq

"OpenAI" şirkəti yaxın zamanda "ChatGPT"yə valideyn nəzarəti funksiyasının əlavə olunacağını açıqlayıb.

Publika.az xəbər verir ki, intihar nəticəsində ölən bir yeniyetmənin valideynləri tərəfindən məhkəmə iddiası ilə bağlı açıqlama verən şirkət "ChatGPT"nin gənc istifadəçiləri üçün yeni təhlükəsizlik tədbirləri təqdim edəcək.

Yeni qaydalara görə, servisdə qeydiyyatdan keçmək üçün minimum yaş həddi 13 olacaq.

Valideynlər öz hesablarını övladlarının hesabına bağlaya biləcəklər. Bu onlara çatbotun uşağa necə cavab verdiyini izləməyə, bəzi funksiyaları idarə etməyə imkan verəcək. Həmçinin süni intellket uşağın “kəskin stress anı” yaşadığını aşkar etdiyi təqdirdə valideynləri xəbərdar edə biləcək.

Избранный
80
publika.az

1Источники